13:44 31-10-2020
news_image
92
FUTBOL

Baş məşqçisini istefaya göndərdi - "Trabzonspor"

Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi ayrılığı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, “bordo-mavililər” Eddi Nyutonu istefaya göndərib.

Uğursuz mövsüm keçirən Qara dəniz təmsilçisinin Super Liqanın VII turunda “Kasımpaşa”ya 3:4 hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Baş məşqçi postuna ilk namizədlər Tamer Tuna və Abdullah Avcıdır.

Qeyd edək ki, "Trabzonspor" hazırda 5 xalla 18-ci pillədə qərarlaşıb.