14:50 31-10-2020
news_image
158
STOLÜSTÜ OYUNLAR

Abbasov irəlilədi, Rəcəbov yerində qaldı - digərləri gerilədi

FİDE şahmatçıların yeni reytinqini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, ən yüksək reytinqli Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bir pillə geriləyib.

O, Şəhriyar Məmmədyarov 2770 xalla 8-cidir. Xal sayında (2765) dəyişiklik olmayan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

“Top-100”də qərarlaşan digər qrossmeysterlərimizdən Qədir Hüseynov və Rauf Məmmədov reytinqdə geriləyibsə, Nicat Abbasov irəliləyişə nail olub. Nicat 2668 xalla 72-ci, Qədir 2665 xalla 75-ci, Rauf isə 2654 xalla 95-ci pillədədir.

Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
 
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 3 pillə geriləyərək (2443) 31-ci yerə enib. Gülnar Məmmədova da ondan geri qalmayıb. Son reytinqdə 73-cü olan Gülnar bu dəfə (2382) 80-ci pillədə özünə yer edə bilib. Xanım Balacayeva 82-ci pillədən 89-cu yerə düşüb (2376).

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyubsa, 2-3-cü pillələrin sahibləri yerlərini dəyişiblər. Aleksandra Qoryaçkina (Rusiya, 2592) ikinci yerə yüksəlib, Humpi Koneru (Hindistan, 2586) isə ilk “üçlüy”ü qapayıb.