15:33 31-10-2020
news_image
65
FUTBOL

Koronavirusa yoluxma faktı – “Latsio”da

İtaliyanın “Latsio” klubunun bir neçə üzvündə koronavirusa yoluxma halı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Roma təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, dünən götürülən testin nəticəsi bir neçə nəfərdə pozitiv çıxıb. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar. Paytaxt klubundan bu gün yenidən test götürüləcək və ondan sonra A seriyasında “Torino” ilə səfər matçının iştirak ərizəsi açıqlanacaq.

Qeyd edək ki, “Torino” – “Latsio” görüşü noyabrın 1-də keçiriləcək.