17:14 31-10-2020
news_image
103
FUTBOL

“Məni burada görmək istəməsələr, gedəcəyəm” – Visente Qomes

“Birinci hissədə oyuna nəzarət bizdə idi. Lakin rəqib hissənin sonlarına yaxın və fasilədən az sonra qol vurdu”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ”yə səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis Nikola Vuyadinoviçin 69-cu dəqiqədə qırmızı vərəqə almasının planlarına təsir etdiyi söyləyib: “Hesabda 2 top fərqi ilə geri düşdükdən sonra meydanda azlıqda qaldıq. Bundan sonra bir qol vursaq da, bu, kifayət etmədi. İlk yarıda qol vurmaq şansımız oldu. Amadu təkbətək şansdan yararlana bilmədi”.

Ardıcıl 5-ci məğlubiyyətdən sonra istefa məsələsinə toxunan Qomes bunun baş verməsini istisna etməyib: “Futbolçular və rəhbərlik məni burada görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəyəm. Son 3 matça nəzər yetirsək, görərik ki, elə də pis oynamamışıq. Məsələn, “Sumqayıt”ı məğlub edə bilərdik. Futbolçularımız bu gün də çox çalışdılar. Son dəqiqələrdə məğlubiyyətdən qaça bilərdik. Hazırkı durumdan çıxmaq üçün bir qələbə lazımdır”.