17:40 31-10-2020
news_image
69
FUTBOL

“Qələbənin reallaşması gecikirdi” – Elmar Baxşıyev

“Komandanı həm məşqə, həm də oyuna kökləmək çətindir. Bütün fikrimiz ordumuzun yanındadır. Ümid edirəm ki, tezliklə bütün ərazilərimizi işğaldan azad edəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”la keçirilən oyun haqda danışarkən deyib.

Rəqibini doğma arenasında 2:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” cari mövsüm ilk qələbəsini qazanıb. Baxşıyev oyunsonrası mətbuat konfransında bunun kollektivə müsbət təsir edəcəyini söyləyib: “Bizə bir qələbə çatmırdı. Nəhayət, bu sindromu qıra bildiyimiz üçün sevinirəm. Qələbə qazana bilməməyimiz mövsümün gedişində komplektləşməyimizlə əlaqədar idi. Əvvəldən komandamdan razı idim. Hər matçda 4-5 qol imkanı yaratdıq. Qələbənin reallaşması gecikirdi. İnanıram ki, bundan sonra tez-tez qələbə qazanacağıq”.

40 yaşlı çalışdırıcı qarşılaşmanın gedişində zədələnərək əvəzlənən kapitan Anar Nəzirovun durumuna MRT müayinəsindən sonra aydınlıq gələcəyini söyləyib”.