18:14 31-10-2020
news_image
73
FUTBOL

Evdə 1 xalla kifayətləndi – Nazarovun komandası

Almaniya Bundesliqa II-də VI turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün ilk olaraq Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” meydana çıxıb.

Adıçəkilən komanda ikinci pillədə qərarlaşan “Holsteyn Kil”i qəbul edib. Artıq matçın ilk 10 dəqiqəsində komandalar hərəyə bir dəfə fərqləniblər. Qonaqlar 15-ci dəqiqədən etibarən azlıqda çıxış etməsinə baxmayaraq, “Aue”nin qələbə qolunu vurmağa gücü çatmayıb.

Qarşılaşmaya ehtiyatdan başlayan Nazarov 65-ci dəqiqədə meydana daxil olsa da, komandasına kömək edə bilməyib.

Qeyd edək ki, “Aue” hazırda 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.