21:35 31-10-2020
news_image
97
FUTBOL

45 dəqiqəlik uğursuz oyun – Eddi İsrafilovdan

İspaniya La Liqa2-də X tura start verilib.

Apasport.az saytının məlumatına görə, açılış matçında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi israfilovun komandası “Albasete” meydana çıxıb.

“Kartagena”nın qonağı olan komanda səfərdən məğlubiyyətlə dönüb. Ev sahibləri ilk hissədə vurduqları 3 cavabsız qolla görüşün taleyini həll ediblər. Start heyətində meydana çıxan yığmamızın üzvü 31-ci dəqiqədə sarı vərəqə alıb və fasilədən dərhal sonra əvəzlənib. “Albasete”nin gücü yalnız 66-cı dəqiqədə təsəlli qoluna çatıb – 1:3.

Qeyd edək ki, “Albasete” hazırda 9 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alıb.