22:19 31-10-2020
news_image
93
FUTBOL

Kanın rekorduna şərik oldu - Müller

Almaniya Bundesliqasının VI turunda “Köln”ün qonağı olan “Bavariya” 2:1 hesablı qələbə qazanıb.
 
Apasport.az saytının məlumatına görə, Münhen klubunun uğurlu çıxışına vurduğu qolla töhfə verən yarımmüdafiəçi Tomas Müller rekorda şərik olub.
 
31 yaşlı oyunçu son çempionun heyətində Bundesliqada 260-cı qələbəsinə sevinərək, əfsanəvi qapıçı Oliver Kana çatıb və klub rekordunu təkrarlayıb. İlk “beşliy”in digər sakinləri Zepp Mayer (249), Gerd Müller (232) və Klaus Auqenthalerdir (228).
 
Bundesliqa tarixində ən çox qələbə qazanan oyunçu ünvanı isə 310 qalibiyyətlə Oliver Kana məxsusdur. O, bunun 50-ni “Karlsrue”də əldə edib.