12:35 01-11-2020
news_image
84
FUTBOL

Kroyfun rekordu təkrarlandı – “Ayaks”da

Niderlndın “Ayaks” klubu məhsuldar çıxışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi Erediviziyanın VII turunda “Fortuna”nı 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.
 
Son üç görüşdə 20 qol vuran komanda bununla da baş məşqçisi Erik Ten Haqın rəhbərliyi altında vurulan topların sayını 250-yə çatdırıb. 2017-ci ildən bu postda olan mütəxəssis 82-ci çempionat matçında yetirmnələrinin 250-ci qoluna sevinib.

Bu, klub tarixinin rekordunun təkrarıdır. Yalnız Yohan Kroyfun rəhbərliyi altında “Ayaks” 250-ci qolunu 82-ci çempionat matçında vurmuşdu. Əfsanəvi mütəxəssisin rekordu 1987-ci ildə rəsmiləşib.