13:48 01-11-2020
news_image
94
FUTBOL

Premyer Liqa klublarından imtina etdi – Mancukiç

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəməyib.
 
Apasport.az saytının məlumatına görə, hücumçu iki klubun təklifindən imtina edib.
 
Mario “Aston Villa” və “Vest Hem”lə müqavilə imzalamaqdan boyun qaçırıb. Hazırda klubsuz olan xorvatiyalı daha iddialı komandaya keçməkdə maraqlıdır.
 
Qeyd edək ki, Mancukiçin son klubu Qətər təmsilçisi “Əl-Duhail” olub.