14:49 01-11-2020
news_image
97
FUTBOL

Yurgen Klopp mərkəz müdafiəçisi tapdı - Niderlandda

İngiltərənin “Liverpul” klubu heyətinə yeni mərkəz müdafiəçisi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Niderlandın “Ayaks” klubunun futbolçusu Perr Sxyursun xidmətində maraqlıdır.

Mersisaydlıların baş məşqçisi Yurgen Klopp 20 yaşlı futbolçunun oyunun “Ayaks”la Çempionlar Liqasının qarşılaşması (1:0) zamanı bəyənib. Alman mütəxəssis gənc müdafiəçini qış transfer dövründə transfer olunmasını istəyib.

Qeyd edək ki, “Liverpul” zədələnən mərkəz müdafiəçisi Vircil van Deykə əvəzləyici axtarır.