20:39 01-11-2020
news_image
106
FUTBOL

Karyerasında ikinci dəfə - Ronaldodan dubl

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo koronovirusdan sağaldıqdan sonra ilk oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu A seriyasının “Speziya” ilə qarşılaşmasının 56-cı dəqiqəsində oyuna daxil olub.
 
35 yaşlı forvard qısa müddət ərzində 2 qol vuraraq dubla imza atıb. Bu, Ronaldonun karyerasında ikinci belə hadisədir.
 
Portuqaliyalı 2006-cı ilin dekabrında “Mançester Yunayted”də oynadığı vaxtda sonradan meydana girərək 2 qol vurub. 14 il öncə onun “qurban”ı “Uiqan” olub.
 
Qeyd edək ki, “Yuventus” “Speziya”nı 4:1 hesabı ilə darmadağın edib.