22:27 01-11-2020
news_image
135
DİGƏR NÖVLƏR

MN: Düşmənin hərbi avtomobil korteji məhv edildi – VİDEO

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.