09:08 02-11-2020
news_image
55
FUTBOL

"İnter"lə oyunöncəsi futbolçusu koronavirusa yoluxdu - "Real"ın

İspaniyanın “Real” klubunun bir futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, Çempionlar Liqasında İtaliya “İnter”i ilə keçiriləcək oyunöncəsi aparılan testlərin nəticəsi bir oyunçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb. Həmçinin bütün komanda yenidən testdən keçəcək.

Qeyd edək ki, “Real” – “İnter” oyunu noyabrın 3-də keçiriləcək.