09:21 02-11-2020
news_image
99
FUTBOL

Daha 7 yoluxma – “Barselona” ilə matç öncəsi

Çempionlar Liqasının III turunda “Barselona” ilə qarşılaşacaq Kiyev “Dinamo”sunda daha 6 futbolçu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Georgi Çitaişvili, Denis Qarmaş, Mikkel Duelunn, Aleksandr Karavayev, Tudor Belutse və Nikolay Şaparenkodan götürülən testin nəticəsi pozitiv çıxıb. Yoluxanlar arasında baş məşqçinin köməkçisi Emil Karas da var. Adıçəkilən şəxslərin hər biri karantinə alınıb.

Bundan əvvəl isə qapıçılar Denis Boyko və Georgi Buşanla yanaşı, müdafiəçi Vitali Mikolenko da eyni səbəbdən təcrid olunmuşdular.

Qeyd edək ki, “Barselona” – “Dinamo” oyunu noyabrın 4-də keçiriləcək.