10:47 02-11-2020
news_image
80
FUTBOL

“Qarabağ”ın tarixinə düşdü - Bədavi Hüseynov

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.

Apasport.az saytının məlumatına görə, yubiley qoluna Bədavi Hüseynov imza atıb.

Təcrübəli müdafiəçi Premyer Liqanın VIII turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.

Qeyd edək ki, Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixinin ilk qolunun müəllifi olub.