10:56 02-11-2020
news_image
81
FUTBOL

Qazanc və itki – millimizi nə gözləyir?

Azərbaycan milli komandasının FİFA reytinqindəki noyabr perspektivi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu ay keçirəcək üç matçın yığmamızın necə təsir edə biləcəyi müəyyənləşib.

Noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək Canni de Byazinin yetirmələri ardınca Millətlər Liqasında iki matça çıxacaq. Komandamız ayın 14-də Zapreşiçdə Monteneqronu qəbul edəcək, üç gün sonra Lüksemburqda qonaq olacaq.

Hər üç komanda FİFA reytinqində Azərbaycanla müqayisədə daha yüksək pillədədir. Bu üzdən də bütün qarşılaşmalarda heç-heçə də millimizə reytinq xalı gətirəcək.

Yalnız məğlubiyyətlər yığmamıza mənfi təsir göstərəcək. Hazırda 1175 xalla 114-cü yerdə qərarlaşan millimiz hər üç görüşdə qalib gəlsə, ümumilikdə 25,5 xal qazanacaq. Bu, reytinqin 1201-dək yüksəlməsi üçün yetərli olacaq.

Üç məğlubiyyət isə 14,5 xal itkisi ilə nəticələnəcək. Belə olan halda əmsalımız təxminən 1161-ə enəcək.

tarix

rəqib

qələbə

heç-heçə

məğlubiyyət

11.11.2020

Sloveniya

6,8

1,8

-3,2

14.11.2020

Monteneqro

10,2

2,7

-4,8

17.11.2020

Lüksemburq

8,5

1,0

-6,5