11:25 02-11-2020
news_image
66
FUTBOL

“Atletiko” ilə müqavilə bağlayır – “Valensiya”nın futbolçusu

İspaniyanın “Valensiya” klubunun yarımmüdafiəçisi Joffrey Kondoqbiya komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı oyunçu La Liqanın digər təmsilçisi “Atletiko”ya keçəcək.

Mərkəzi Afrika Respublikası millisinin üzvünün gün ərzində transferinin rəsmiləşməsi gözlənilir. Futbolçu artıq Madrid təmsilçisində tibbi baxışdan keçib. Bu transfer “Atletiko”ya 12 milyon avroya başa gələcək. “Valensiya” daha 2 milyon avro bonus əldə edəcək. Həmçinin razılığa əsasən dayaq yarımmüdafiəçisinin növbəti transferindən qazanılacaq məbləğin 10 faizi “yarasalar”a çatacaq.

Qeyd edək ki, Joffrey Kondoqbiya “Valensiya”ya 2017-ci ildə “İnter”dən keçib.