12:39 02-11-2020
news_image
126
FUTBOL

İlk dövrə başa çatır – “Real” və “İnter” üz-üzə

Sabah Çempionlar Liqasında III tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 8 qrupda 16 matç baş tutacaq.

A qrupunda turnirin son qalibi “Bavariya” ilk oyun günündə “Zalsburq”un qonağı olacaq. Münhen təmsilçisi kimi itkisiz irəliləyən “Mançester Siti” C qrupundakı növbəti matçını “Olimpiakos”a qarşı keçirəcək.

B qrupunda gözlənilmədən son sıralarda qərarlaşan “Real”la “İnter” İspaniyada görüşəcək. İtaliyada D qrupunun liderləri üz-üzə gələcək. Qələbələri sıralayan “Liverpul” “Atalanta”nın qonağı olacaq.

İkinci oyun günündə qardaş Türkiyənin çempionu “Başakşəhər” çətin sınağa çıxacaq. İstanbullular H qrupunda xal itirməyən “Mançester Yunayted”i qəbul edəcək. Bu qrupun digər görüşündə “Leypsiq” PSJ ilə qarşılaşacaq.

G qrupunun lideri “Barselona” öz meydanında Kiyev “Dinamo”sunu sınağa çəkəcəksə, “Yuventus” “Ferensvaroş”la üz-üzə gələcək. E qrupunun liderləri “Sevilya”yla “Çelsi” ev matçına çıxacaq. “Brügge” ilə Dortmund “Borussiya”sı F qrupunda münasibətlərini ayırd edəcək.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur

3 noyabr
A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

1

Bavariya

2

2

0

0

6-1

6

2

Atletiko

2

1

0

1

3-6

3

3

Lokomotiv

2

0

1

1

3-4

1

4

Zalsburq

2

0

1

1

4-5

1

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)

1

Şaxtyor

2

1

1

0

3-2

4

2

Borussiya M

2

0

2

0

4-4

2

3

İnter

2

0

2

0

2-2

2

4

Real

2

0

1

1

4-5

1

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Porto” (Portuqaliya) – “Marsel” (Fransa)

1

Mançester Siti

2

2

0

0

6-1

6

2

Porto

2

1

0

1

3-3

3

3

Olimpiakos

2

1

0

1

1-2

3

4

Marsel

2

0

0

2

0-4

0

D qrupu
00:00. “Midtülland” (Danimarka) – “Ayaks” (Niderland)
00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

1

Liverpul

2

2

0

0

3-0

6

2

Atalanta

2

1

1

0

6-2

4

3

Ayaks

2

0

1

1

2-3

1

4

Midtülland

2

0

0

2

0-6

0

4 noyabr
E qrupu

00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa)

1

Çelsi

2

1

1

0

4-0

4

2

Sevilya

2

1

1

0

1-0

4

3

Krasnodar

2

0

1

1

1-5

1

4

Renn

2

0

1

1

1-2

1

F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya)
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)

1

Latsio

2

1

1

0

4-2

4

2

Brügge

2

1

1

0

3-2

4

3

Borussiya D

2

1

0

1

3-3

3

4

Zenit

2

0

0

2

1-4

0

G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Ferensvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya)

1

Barselona

2

2

0

0

7-1

6

2

Yuventus

2

1

0

1

2-2

3

3

Dinamo

2

0

1

1

2-4

1

4

Ferensvaroş

2

0

1

1

3-7

1

H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə)
00:00. “Leypsiq” (Almaniya) – PSJ (Fransa)

1

Mançester Yunayted

2

2

0

0

7-1

6

2

PSJ

2

1

0

1

3-2

3

3

Leypsiq

2

1

0

1

2-5

3

4

Başakşəhər

2

0

0

2

0-4

0