15:08 02-11-2020
news_image
71
FUTBOL

Müdafiəçisi koronavirusa yoluxdu - "Bavariya"nın

Almaniyanın “Bavariya” klubunun bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Çempionlar Liqasında “Zalsburq”la (Avstriya) keçiriləcək oyunöncəsi futbolçulardan götürülən testin nəticəsi müdafiəçi Niklas Süledə pozitiv çıxıb. 25 yaşlı oyunçu dərhal karantinə alınıb.

Qeyd edək ki, "Zalsburq" - "Bavariya" oyunu noyabrın 3-də keçiriləcək.