15:51 02-11-2020
news_image
81
FUTBOL

Oynatmağa müdafiəçi tapmır – Zidan

Çempionlar Liqasının (ÇL) III turunda “İnter”lə qarşılaşacaq “Real” heyətlə bağlı ciddi problem yaşayır.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun yarımmüdafiəçisi Lukas Vaskes də zədələnib.

İspaniya La Liqasının VIII turunda “Ueska” ilə görüşdə (4:1) sıradan çıxan futbolçunun “İnter”lə matçda iştirakı sual altına düşüb. Baş məşqçi Zinəddin Zidan onu məcburiyyətdən müdafiənin sağında oynadırdı. Çünki Dani Karvahal, Alvaro Odriozola və Naço zədəlidir, digər alternativ Eder Militao isə koronavirusa yoluxub. Bu üzdən Zidan ÇL görüşündə müdafiənin sağ cinahında oynatmağa futbolçu tapmır.

Qeyd edək ki, “Real” – “İnter” oyunu noyabrın 3-də keçiriləcək.