17:06 02-11-2020
news_image
200
FUTBOL

Sloveniya heyəti açıqladı – Azərbaycanla oyun üçün

Sloveniya millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 11-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək balkanlıların baş məşqçisi Matyaj Kek sərəncamında görmək istədiyi futbolçuları müəyyənləşdirib.

O, qarşıdakı üç oyuna 27 futbolçu çağırıb. Bunlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi və altısı hücumçudur. Sloveniya millisi yığmamızla oyundan 4 gün sonra Kosovo, noyabrın 18-də Yunanıstanla görüşəcək. Hər iki matç Millətlər Liqası çərçivəsində keçiriləcək.

Qapıçılar: Yan Oblak, Vid Beleç, Matyaj Rozman;

Müdafiəçilər: Petar Stoyanoviç, Yure Balkoviç, Neyç Skubiç, Miha Mevlya, Miha Blajiç, Nemanya Mitroviç, Yon Gorens Stankoviç, Marko Yurçeviç;

Yarımmüdafiəçilər: Nino Kouter, Yasmin Kurtiç, Jaka Biyol, Amadey Vetrih, Miha Zays, Sandi Lovriç, Yosip İliçiç;

Hücumçular: David Tiyaniç, Andraj Şporar, Bencamin Verbiç, Damian Bohar, Harris Vuçkiç, Tim Matavs.