17:55 02-11-2020
news_image
75
FUTBOL

Luka Yoviçə İngiltərədən müştəri – “Lester”

İspaniyanın “Real” klubunun futbolçusu Luka Yoviç daha bir komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Lester” hücumçunu icarəyə götürmək niyyətindədir.

Premyer Liqa klubu bu keçidi qış transfer dövründə reallaşdırmağı planlaşdırır. Madrid təmsilçisində heyətə düşməkdə çətinlik çəkən forvardın özü də oyun praktikası qazanmaq üçün belə təklifə müsbət yanaşır.

Qeyd edək ki, Premyer Liqanın 6 turundan sonra “Lester” 8-ci yerdə qərarlaşıb.