22:43 02-11-2020
news_image
192
AVRO-2020

Rusiyada keçirilə bilər – AVRO-2020

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Avropa çempionatı bir ölkədə keçirilə bilər.
 
Apasport.az-ın Fransanın “Le Parisien” nəşrinə istinadən məlumatına görə, turnirin Rusiyada təşkili nəzərdən keçirilən alternativlər arasındadır.
 
Bildirilib ki, UEFA Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən AVRO-2020-nin yalnız Rusiyada baş tutması ssenarisini nəzərdən keçirir. Adıçəkilən ölkədə virusun digərləri ilə müqayisədə az yayılması və DÇ-2018-dən sonra lazımi infrastruktura malik olması bu variantın reallaşma ehtimalını artırır.
 
Qeyd edək ki, AVRO-2020-nin Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır.