00:14 03-11-2020
news_image
68
FUTBOL

Premyer Liqadan təklif – daha bir “Bavariya”lıya

Almaniyanın “Bavariya” klubunun daha bir futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.
 
Apasport.az saytının məlumatına görə, yay fasiləsində “Liverpul”a keçən yarımmüdafiəçi Tiaqo Alkantaradan sonra müdafiəçi David Alaba da “qırmızılar”ın, həmçinin “Mançester Siti”nin maraq dairəsindədir.
 
Münhen təmsilçisi Avstriya millisinin üzvünə artıq yeni müqavilə təklif etməmək və onu yanvarda satmaq qərarına gəlib. Bundan yararlanmağa çalışan Premyer Liqa təmsilçiləri 28 yaşlı sol cinah oyunçusunu ən geci mövsümün sonunda heyətinə qatmaq niyyətindədirlər. Ancaq Alaba La Liqanı arzuladığından, ilk olaraq “Real” və “Barselona”dan təklif gözləyir. Eyni zamanda “Yuventus” və PSJ də gələn ilin yayında azad agent statusu alacaq oyunçunun durumunu izləyir.