22:53 02-11-2020
news_image
57
FUTBOL

Milliyə dönüş mesajı – İbrahimoviçdən

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən İsveç yığmasına qayıda bilər.
 
Apasport.az saytının məlumatına görə, 39 yaşlı superulduz özü sosial şəbəkə vasitəsilə etdiyi paylaşım zamanı buna işarə vurub.
 
Veteran hücumçu tvitter səhifəsindən millinin formasında çəkdirdiyi şəkli paylaşıb və üzərinə “Məni bu forma ilə uzun müddətdir görmürsünüz” yazıb. Bu mövsüm 4 oyunda 7 qola imza atan İbranın yenidən milli formanı geyinməsi istisna edilmir.
 
Qeyd edək ki, AVRO-2016-dan sonra yığma karyerasını bitirən Zlatan İbrahimoviç İsveç millisinin heyətində 116 oyunda 62 dəfə fərqlənib.