09:27 03-11-2020
news_image
118
FUTBOL

Azərbaycan çempionunun oyununun yeri dəqiqləşdi - Afinada

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunlarının vaxtı və yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemyası üzündən yeni formatda keçiriləcək turnirdəki təmsilçimiz “Araz”ın Yunanıstan AEK-i ilə görüşünün başlama vaxtı da müəyyənləşib.

Azərbaycan çempionunun qarşılaşması noyabrın 29-da baş tutacaq. Görüş Afinadakı “Dais Sports Hall”da təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ilkin mərhələnin 23 cütü bir oyundan ibarət duellərdə qalibi müəyyənləşdirəcək. Bu komandalar 1/16 finalda ilkin raunddan azad olan 9 kluba qoşulacaq.