09:36 03-11-2020
news_image
149
FUTBOL

“Gün gələcək, “Qarabağ” doğma yurduna köçəcək” – Maksim Medvedev

“Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə matçdan (3:0) sonra hərbi salam verməklə yalnız çətin məqamda Azərbaycan xalqına, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizə dəstək olmaq istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev “Reuters” agentliyinə açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirən 31 yaşlı müdafiəçi formasını geyindiyi klubun doğma yurduna – Ağdama dönəcəyinə inam ifadə edib: “Ümid edirəm ki, gün gələcək, “Qarabağ” rəsmi olaraq doğma yurduna köçəcək. Komandamız əvvəllər Ağdamda çıxış edib. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazsınız. İnsanlar hasarların üzərinə çıxıb, matçı sona qədər orada izləyirdilər. “Qarabağ”ın azarkeş kütləsi ümummillidir. Təbii ki, bunda uğurlarımızın da payı var. Komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubudur. Eyni zamanda, Azərbaycanın çoxdan işğaldan azad etməyə can atdığı bölgəni təmsil edir”.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Maksim Medvedev 2006-cı ildən əsas komandada çıxış edib.