13:09 03-11-2020
news_image
201
FUTBOL

Hakimləri açıqlandı - "Qarabağ"ın "Sivasspor"la matçının

Avropa Liqasının III turunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA Sivasdakı qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşdə ədalət təmsilçisi Joao Pineyro olacaq. Ona həmyerliləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Yanku Yoan Vasilika yerinə yetirəcək

Hakimlərin işinə bolqarıstanlı hakim-inspektor Georgi Yordanov qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə Nikoloz Jqarkava (Gürcüstan) olacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq. İlk iki turdan sonra hər iki komanda aktivinə xal yazdıra bilməyib.