13:13 03-11-2020
news_image
182
FUTBOL

Messinin imzasını gözləyir – “Mançester Siti”

İngiltərənin “Mançester Siti” klubu Lionel Messinin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İspaniya “Barselona”sının kapitanını mövsümün sonunda heyətinə cəlb etməyi planlaşdırır.

“Şəhərlilər” artıq yanvarda 33 yaşlı superulduzla təmasa keçib, rəsmi müqaviləyə qol çəkmək niyyətindədir. “Barselona”da prezidentin istefasından və rəhbərlikdəki qeyri-müəyyənlikdən yararlanmağa çalışan ingilislər bu yay etdikləri 5 illik müqavilə təklifini qüvvədə saxlayacaqlar. Argentina millisinin üzvü özü də bu keçidin əleyhinə deyil.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Lionel Messi mövsümün sonunda azad agent statusu alacaq.