14:05 03-11-2020
news_image
62
DİGƏR NÖVLƏR

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - MN

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.