14:12 03-11-2020
news_image
90
FUTBOL

Yunis Hüseynova özündən şikayət etdilər – “Keşlə”də

“Keşlə”nin bir qrup futbolçusu Yunis Hüseynovla görüşüb.

Apasport.az saytının məlumatına görə, komandanın aparıcı üzvləri baş məşqçidən həftəlik hazırlıq proqramını dəyişmələrini xahiş edib.

Bildiriblər ki, Premyer Liqanın son bir neçə həftəsindəki uğursuz çıxış bununla əlaqədardır. Oyunçuların iddiasına görə, gündəlik məşqlər yeknəsək və yetərsizdir.

Sabiq “bankirlər” özlərini fiziki cəhətdən zəif hiss etdiklərini bildirməklə yanaşı, taktiki planda gerilədiklərini deyiblər. Həmçinin Yunis Hüseynovun nəzərinə çatdırıblar ki, bəzi legionerlər onun heyət və mövqe seçimindən narazıdır, amma bunu dilə gətirməyə çəkinirlər.