14:33 03-11-2020
news_image
75
FUTBOL

“Poqba ulduz deyil” – sabiq “Mançester Yunayted”li

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun köməkçisi işləmiş Rene Mölensten komandanın yarımmüdafiəçisi Pol Poqbanı tənqid edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Fransa millisinin üzvünün gözlənilən şəkildə çıxış etmədiyini söyləyib.

56 yaşlı niderlandlı məşqçi Poqbanı ulduz futbolçu hesab etmir: “İnanılmaz istedadınız ola bilər, amma əsas iş zəhmətdir. Bütün keyfiyyətlərin üzə çıxması məhz əmək sayəsindədir. Düşünmürəm ki, Poqba kifayət qədər çox çalışır. İstedadlı oyunçudur, amma meydanda yavaş hərəkət edir. Hamı onun dünya səviyyəli futbolçu olduğunu söyləyir. Keçmişdə və indi bu ada layiq çox futbolçu tanıyıram. Pol heç bir halda ulduz adına layiq deyil”.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən “Mançester Yunayted”də çıxış edir. 27 yaşlı yarımmüdafiəçi 2011/12 mövsümündə də “qırmızı şeytanlar”ın formasını geyinib.