15:03 03-11-2020
news_image

Dünya çempionatından imtina etdi - Tokio-2020-nin ev sahibi

Daha bir ölkənin güləş üzrə milli komandası dünya çempionatından imtina edib.

Apasport.az saytının məlumatına görə, ABŞ-dan sonra Yaponiya yığması da dekabrda Serbiyada təşkil edilməsi planlaşdırılan yarışa qatılmamaq qərarına gəlib.

Tokio-2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin güləş federasiyası koronavirus infeksiyasının yayılma riskini nəzərə alaraq, Belqrada yollanmamağı məqsədəuyğun bilib.

Qeyd edək ki, güləş üzrə dünya çempionatının dekabrın 12-20-də Belqradda keçirilməsi nəzərdə tutulur. UWW yarışın keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarı həftə ərzində baş tutacaq iclasda verəcək.