15:31 03-11-2020
news_image
186
FUTBOL

“Neftçi” və “Qarabağ” arasında 370 gün

Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Keşlə” oyununda nadir təsadüf olunan hadisə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, 6:1 hesabı ilə qalib gələn ağdamlıların heyətində iki futbolçu dubla imza atıb.

Filip Ozobiç və Mahir Emrelinin hərəyə iki qol vurması ilə mövsümdə ilk belə hadisə gerçəkləşib. Sonuncu dəfə bir matçda eyni komandanın iki üzvünün dubla imza atmasına sonuncu dəfə ötən mövsümün IX turunda rast gəlinib.

2019-cu il oktyabrın 27-də “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. 370 gün əvvəlki qarşılaşmada qonaqların heyətində 2 dubl qeydə alınıb. Emin Mahmudovla Baqali Dabo sumqayıtlılara hərəyə 2 qol vurub.

Maraqlıdır ki, eyni turun bir gün əvvəlki matçında da 2 dubla təsadüf olunub. Amma “Sabah” – “Zirə” oyununda (2:2) hər komandada bir belə hadisə yaşanıb. Amadu Diallo qonaqları, Nicat Süleymanov meydan sahiblərini iki dəfə məyus edib.