16:00 03-11-2020
news_image
59
FUTBOL

15 milyon avroluq transfer – “Atletiko”dan

“Valensiya”nın yarımmüdafiəçisi Ceffri Kondoqbiyanın “Atletiko”ya keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, Madrid klubu rəsmi saytı vasitəsilə bu transferi bəyan edib.

Mərkəzi Afrika Respublikası millisinin üzvü yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu keçid “yarasalar”a 15 milyon avro qazandırıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi yay fasiləsində “Arsenal”a keçən Tomas Partini əvəzləyəcək.

Qeyd edək ki, Ceffri Kondoqbiya “Valensiya”ya 2017-ci ildə “İnter”dən keçib.