01:56 05-11-2020
news_image
399
FUTBOL

“Sevilya”dan möhtəşəm geridönüş - sensasiyalı H qrupu

Çempionlar Liqasında III turun qalan 8 oyunu keçirilib.
 
Apasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında baş tutan qarşılaşmalarla I dövrəyə yekun vurulub.
 
“Çelsi” doğma meydanında “Renn” üzərində çətinlik çəkmədən qələbə qazanıb. “Sevilya” isə “Krasnodar” önündə möhtəşəm geridönüş edib. Əndəlüslülər 2 top fərqi ilə geridə olmasına və meydanda azlıqda qalmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, qalib gəliblər.
 
“Zenit”lə “Latsio”nun xalları yarı böldüyü F qrupunun digər görüşündə Dortmund “Borussiya”sı Belçikada “Brügge”dən 3 xalı asanlıqla alıb.
 
G qrupunun favoritləri “Barselona” ilə “Yuventus” turu itkisiz başa vurublar. İspaniya təmsilçisi qrupda ardıcıl 3-cü qələbəsini qazanıb.
 
H qrupunda sensasiyalı nəticələr qeydə alınıb. Turnirə ardıcıl iki qələbə ilə başlayan “Mançester Yunayted” gözlənilmədən Türkiyədə “Başakşəhər”ə boyun əyib. Qrupun digər qarşılaşmasında son finalçı PSJ səfərdə “Leypsiq”ə uduzub.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur

4 noyabr
E qrupu

00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya) - 3:2
Rakitiç, 42, En Nesiri, 69, 72 - Süleymanov, 17, Berq, 21 (pen.)
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa) - 3:0
Verner, 10 (pen.), 41 (pen.). Abraham, 50

1

Çelsi

3

2

1

0

7-0 7

2

Sevilya

3 2

1

0

4-2 7

3

Krasnodar

3

0

1

2 3-8

1

4

Renn

3

0

1

2 1-5

1

F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya) - 1:1
Yeroxin, 32 - Kaysedo, 82
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
Azar, 14, Haaland, 18, 32

1

Borussiya D

3

2 0 1 6-3 6

2

Latsio

3

1 2

0

5-3 5

3

Brügge 3 1 1

1

3-5 4

4

Zenit

3

0

1

2

2-5

1

G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Messi, 5 (pen.), Pike, 65 - Tsiqankov, 75
00:00. “Ferensvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya) - 1:4
Boli, 90 - Morata, 7, 60, Dibala, 73, Dvali, 81 (avtoqol)

1

Barselona

3

3

0

0

9-2 9

2

Yuventus

3 2

0

1

6-3 6

3

Dinamo

3

0

1

1

3-6

1

4

Ferensvaroş

3

0

1

2 4-11

1

H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə) - 2:1
Ba, 13, Viska, 40 - Martial, 43
00:00. “Leypsiq” (Almaniya) – PSJ (Fransa) - 2:1
Nkanku, 42, Forsberq, 56 - Di Maria, 6

1

Mançester Yunayted

3

2

0

1 8-3

6

2

Leypsiq

3

2

0

1

4-6 6

3

PSJ 3

1

0

2 4-4

3

4

Başakşəhər

3 1

0

2

2-5 3