
17:44
Azərbaycan millisinin futbolçusu Pavel Paşayev klubu “Aleksandriya”nın növbəti oyununu buraxacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb cinah müdafiəçisinin cəzalı olmasıdır.
Ukrayna Premyer Liqasının VIII turunda “Desna” (2:2) ilə görüşdə sarı vərəqə alan 32 yaşlı oyunçu cəzalı duruma düşüb. Bu səbəbdən o, noyabrın 7-də IX tur çərçivəsində “Lvov”la keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Aleksandriya” hazırda 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.