17:46 03-11-2020
news_image
91
FUTBOL

Yanvarda futbolçusunu göndərəcək – “Yuventus”

“Yuventus” yarımmüdafiəçisi Federiko Bernardeski ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora” 26 yaşlı hücumameyilli oyunçunu qış fasiləsində transferə çıxarmaq qərarına gəlib.

Bernardeski baş məşqçi Andrea Pirlonun gələcək planlarına daxil olmadığından, rəhbərlik mövsümün ikinci yarısında onu kollektivdə saxlamağı planlaşdırmır. Hətta satılmasa belə, ən pis halda futbolçunun müqaviləsinə xitam verilməsi gözlənilir.

Qeyd edək ki, Federiko Bernardeski “Yuventus”a 2017-ci ildə “Fiorentina”dan keçib.