22:48 03-11-2020
news_image
77
FUTBOL

Millidəki yerini köməkçisinə verdi – Rayan Giqqz

Uels millisinin baş məşqçisi Rayan Giqqz bu postdakı fəaliyyətinə fasilə verib.
 
Apasport.az saytının məlumatına görə, Uels futbolunun əfsanəsi yığmanın noyabrdakı oyunlarında postundan uzaq qalacaq.
 
O, təlim-məşq toplanışı və millinin üç oyununu buraxacaq. Giqqz bu barədə Uels Futbol Assosiasiyası ilə razılıq əldə edib. Baş məşqçi vəzifəsini onun köməkçisi Robert Peyc icra edəcək.
 
Bunun səbəbi açıqlanmasa da, qalmaqalla bağlılığı istisna olunmur. Belə ki, əfsanə polis tərəfindən həbs edilib, ifadə verdikdən sonra buraxılıb. Giqqz sevgilisini döyməkdə ittiham olunur.