23:12 03-11-2020
news_image
80
FUTBOL

Sarri ilə danışıqlara başladı – A seriyası klubu

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Maurisio Sarri yenidən A seriyasında çalışa bilər.
 
Apasport.az saytının məlumatına görə, mövsümə uğursuz başlayan “Fiorentina”nın mütəxəssislə ilkin danışıqlar apardığı iddia olunur.
 
O, bu günlərdə postundan kənarlaşdırılacaq Cüzeppe Yakinini əvəz etməlidir. Əgər Sarri variantı alınmasa, Florensiya klubu sabiq çalışdırıcısı Vinçenso Montella və Valter Matsarri arasında seçim edəcək.
 
Qeyd edək ki, 6 oyunda 7 xal toplayaraq 11-ci pillədə qərarlaşan “Fiorentina”nın növbəti rəqibi “Parma” olacaq.