01:18 04-11-2020
news_image
59
FUTBOL

100-ü keçdi - Serxio Ramos

İspaniyanın “Real” klubunun kapitanı Serxio Ramos Madrid təmsilçisinin heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü qolunu vurub.
 
Apasport.az saytının məlumatına görə, yubiley qolu Çempionlar Liqasının III turuna təsadüf edib.
 
Müdafiəçi İtaliya “İnter”i ilə hazırda davam edən qarşılaşmanın ilk yarısında fərqlənib. 34 yaşlı müdafiəçi bu qollardan 55-nə başla imza atıb.


 
Ramos “Real”ın tarixində 100 və daha çox qol vuran 23-cü oyunçudur. Onadək 22 futbolçu bacarıb.
 
Serxio buna nail olan ikinci müdafiəçidir. Yalnız Fernando Yerro “Real”da daha çox – 127 qol vurub.