09:54 04-11-2020
news_image
73
FUTBOL

Çempionlar Liqasında yeni rekord – “Bavariya”

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubu son 15 dəqiqədə 4 qol vuran ilk komanda olub.

Çempionlar Liqasının son qalibinə qədər heç bir komanda son 15 dəqiqədə bu qədər qol vurmayıb. Münhen təmsilçisi buna Avstriya “Zalsburq”u ilə qarşılaşmada imza atıb. Bundesliqa klubu 6:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 3 oyunda 3 qələbə qazanan “Bavariya” A qrupunun lideridir.