10:29 04-11-2020
news_image
97
FUTBOL

Millimizin futbolçusundan Çempionlar Liqasında baxımlı qol - VİDEO

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Apasport.az saytının məlumatına görə, Türkiyənin "ALGSpor" klubunda çıxış edən yığmamızın yarımmüdafiəçisi Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Albaniyanın “Vllaznia” komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə (3:3) yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib