12:25 04-11-2020
news_image
54
FUTBOL

Cerrardın rekordunu təkrarladı – Salah

Çempionlar Liqasının (ÇL) III turunda “Atalanta” ilə oyun “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “qırmızılar”ın 5:0 hesabı ilə qalib gəldiyi görüşdə bir dəfə fərqlənən misirli superulduz tarixə düşüb.

O, “Liverpul”un heyətində ÇL-də 21-ci qolunu vuraraq, “mersisaydlılar”ın əfsanəvi kapitanı və bu turnirdəki bombardiri Stiven Cerrardın rekordunu təkrarlayıb. Dünənki matçda digər qolların müəllifləri Jota (3 qol) və Sadio Mane olub.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur.