13:09 04-11-2020
news_image
56
FUTBOL

Karyerasını bərpa etdi, yenidən zədələndi - Robben

“Qroningen”in ulduz futbolçusu Aryen Robben bir müddət komandasına kömək edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi yenidən zədələnib.

Niderland çempionatının I turunda PSV ilə qarşılaşmada xəsarət alan millinin sabiq üzvü dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq. Həkimlər veteran oyunçunun formaya düşmək üçün bir neçə həftə reabilitasiyaya ehtiyac duyacağını açıqlayıb.

Qeyd edək ki, ötən il karyerasını bitirən Aryen Robben bir ildən sonra yenidən futbola qayıdaraq “Qroningen”lə anlaşıb.