13:40 04-11-2020
news_image
106
FUTBOL

“Qarabağ” tamamlayır – ikinci “yüzlüy”ü

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda keçirəcəyi oyun yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, “Sivasspor”la Türkiyədəki matç Azərbaycan klublarının bu turnirin indiki formatında 200-cü qarşılaşması olacaq.

2009-cu ildən Avropa Liqası adlanan turnirdə klublarımız indiyədək 199 görüşə çıxıb. 65 qələbəsi olan təmsilçilərimiz 50 heç-heçə edib və 84 dəfə uduzub. Komandalarımız texniki nəticə top fərqində nəzərə alınmamaqla 223 qol vurub və 261-ni buraxıb.

Qeyd edək ki, əvvəl UEFA kuboku kimi tanınan turnirin Avropa Liqası adlanmasından sonra təmsilçilərimizin ilk qarşılaşması 2009-cu il iyulun 2-də baş tutub. “Simurq” Bakıda İsrail “Bney Yehuda”ya 0:1 hesabı ilə uduzub.