13:45 04-11-2020
news_image
67
FUTBOL

Futbolçusu koronavirusa yoluxdu – Super Liqa klubunun

Türkiyənin daha bir klubunda koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Yeni Malatyaspor”da 3 nəfərin testinin pozitiv çıxdığı açıqlanıb.

Onlardan biri futbolçu, digər iki nəfər isə klub işçisidir. Adları açıqlanmayan həmin şəxslər artıq karantinə alınıb.

Qeyd edək ki, “Yeni Malatyaspor” Super Liqanın VIII turu çərçivəsində noyabrın 8-də öz meydanında “Dənizlispor”la qarşılaşacaq.