14:29 04-11-2020
news_image
92
FUTBOL

“Qarabağ” Sivasda sürprizlə qarşılaşdı – FOTOSESSİYA

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. 

Ağdam klubundan apasport.az saytına verilən məlumata görə, Sivas valiliyi və Milli Təhsil İdarəsi tərəfindən komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. 

Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.