15:01 04-11-2020
news_image
116
FUTBOL

PSJ-nin futbolçuları Almaniyada liftdə qaldılar - VİDEO

Fransanın PSJ klubunun futbolçuları xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bu xəbəri komandanın müdafiəçisi Leven Kurzava yayıb.

O, sosial şəbəkədəki paylaşımında bildirib ki, Çempionlar Liqasının III turunun bu gün keçiriləcək oyununda Almaniyada “Leypsiq”in qonağı olacaq parislilər liftdə qalıblar. Almaniyadakı oteldə baş verən hadisə zamanı oyunçular 1 saatdan çox orada gözləməli olublar. Onların liftdən çıxarılması üçün xilasedicilər köməyə gəliblər.

Qeyd edək ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verratti liftdən qorxması ilə ad çıxarıb. O da bu dəfə liftdə qalanlar sırasındadır.